Üstü bəzək, altı təzək.

Beauty is but skin - deep. / Great boast, small roast. / Fair without, false within. / Fine feathers don’t make fine birds. / Cf. Rob your belly to cover your back. Снаружи красота, а внутри пустота. / Внешне хорош, по уму не гож. / На брюхе (-то) шёлк, а в брюхе (-то) щёлк.
üstəlik olaraq
üstü yoxdur
OBASTAN VİKİ
Bəzək daşları
Bəzək daşları - yüksək sərtliyi, gözəl rəngi, yaxud naxışları ilə seçilən, cilalanan və pardaxlanan şəffaf, rəngsiz və rəngli qiymətli, yarımqiymətli minerallar və süxurlar. Zərgərlikdə, bədii və dekorativ məmulatlar hazırlanmasında istifadə edilir. Bəzək daşları üç sinifə bölünürlər: I sinifə – nefrit, lazurit, sodalit, amozonit, rodonit, malaxit, avanturin, dağ billuru, kvars, əqiq, yəşəm, vezuvian, çəhrayı kvars və b.; II sinifə — lepidolit, serpentin, selenit, obsidian, mərmər oniks, diatomit, fluorit, kəhrəba və s.; III sinifə — gips, mərmər, porfirlər, bəzi kvarsitlər, labrodorit, aqalmatolit, steatit və b. daxildir. == Həmçinin bax == Kiçik Qafqaz Zərgərlik Daş Salahlı bentonit gili == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Altı duru, üstü quru (film, 1983)
Altı
Altı — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Beşdən sonra, yeddidən əvvəl gəlir. Qədim mənbələrdə altı sayı daha çox dünyanın yaradılması ilə bağlı şəkildə özünü göstərməkdədir. "Bibliya"nın verdiyi xəbərə görə, Tanrı dünyanı altı gün içində yaratmış, sonrakı günü isə özü üçün dincəliş günü hesab etmişdir. İran məişətində də Tanrının dünyanı altı gün ərzində yaratmasına inam mövcuddur. Altaylıların bir yaradılış dastanının yaydığı xəbərə görə, Tanrı dünyanı altı günə yaratmış, yeddinci gün isə yuxudan oyanıb yaratdıqlarına tamaşa etməyə başlamışdır[55]. Altı sayı heç bir mənbədə "Kitabi-Dədə Qorqud"da olduğu qədər özünə geniş yer tapmayıbdır. Abidədə deyilir: "Bəzirganlar Bayburanın oğlu üçün bir dəniz qulunu boz ayğır aldılar. Bir ağ tozlu qatı yay aldılar, bir dəxi altı pərli gürz aldılar". Qazan: "- Bəylər!
Üstü Xure
Üstü-Xure (Tuv. Үстүү-Хүрээ - Yuxarı Xure (monastır)) Tıvada ən böyük və ən məşhur Buddist monastırlarından biridir. Çadan çayının sağ sahilindəki Çaylaq-Alak təbii sərhəddində, Çadan şəhərindən 7 km cənub-şərqdə, Bajın-Alak kəndinə aparan yoldan 1,5 km cənub-şərqdə yerləşir. Üstü-Xure Daa-kojun ərazisində yerləşən iki ən böyük məbəd komplekslərindən biridir. Tuvanın mənəviyyat və dövlətçilik mərkəzidir. Tuva əlifbasının təməli Xure ərazisində qoyuldu, Tuva Xalq Respublikasının ilk sikkəsi vuruldu. Üstü-Xure Manastırı 1905-1907-ci illərdə noyon Haydıp tərəfindən qurulmuşdur. İnşaat, xüsusi olaraq dəvət edilmiş Tibet laması Kuntan Rimpoçenin rəhbərliyi və dizaynı həmçinin Çin ustalarının iştirakı ilə həyata keçirildi. Tibet monastırının layihəsini 1905-ci ildə Kuntan Rimpoçe gətirmişdir, lakin bəziləri bunun Tibet və Çinin memarlıq texnikalarını özündə birləşdirən tipik monqol binası olduğunu iddia edirlər: meylli dib Tibet binaları üçün tipikdir, ikinci dərəcəli yüngül taxta pavilyon isə Çinlilər üçündür. 1930-cu ildə xüsusi bir fərman qəbul edildikdən sonra monastır bağlandı.
Altı yüz altmış altı
Vəhşi heyvanın rəqəmi, həmçinin heyvan rəqəmi, iblis rəqəmi və ya vəhşi heyvana məxsus say (q.yun. Ἀριθμὸς τοῦ θηρίου, Arithmós toû thēríou) — Vəhy Kitabının 13-cü fəsli, 18-ci ayəsində Vəhşi heyvan əlaqələndirilən rəqəm. Əhdi-cədidin əksər əlyazmalarında və Bibliyanın tərcümələrində vəhşi heyvanın rəqəmi altı yüz altmış altı və ya "χξϛ" (yunan rəqəmlərində "χ" 600, "ξ" 60 və "ϛ" 6-nı təmsil edir) təşkil edir. Vəhy Kitabının qorunub saxlanmış ən qədim əlyazması olan 115-ci papirus, eləcə də "Codex Ephraemi Rescriptus" kimi digər qədim mənbələrdə vəhşi heyvanın rəqəmi "χιϛ" və ya "χιϲ", yəni ərəb rəqəmləri ilə 616 (χιϛ) kimi verilmişdir. Yunanca mətnin "Novum Testamentum Graece" kimi tənqidi nəşrləri variant kimi "χιϛ"ni qeyd edir. Korneli Tasitin qeydləri və sonrakı dövrün xristian ənənəsinə görə, Neron 64-cü ildə şəhərin bir hissəsini məhv edən və Roma əhalisini iqtisadi cəhətdən çökdürən Böyük Roma yanğınına görə xristianları günahlandırmışdır. Entoni A. Barrett yazmışdır ki ki, "böyük arxeoloji səylər son vaxtlar yanğın üçün yeni dəlillər ortaya çıxarıb, lakin onu kimin başlatdığını göstərə bilmir". Tasitin "Annallar"ında qeyd edilmişdir: Tasitin bu qeydləri Neronun Böyük Roma yanğınına görə xristianları günahlandırmasını təsdiqləyən yeganə müstəqil dəlildir və ümumiyyətlə həqiqəti əks etdirdiyinə inanılır. Tasitin müasiri olmuş Svetoni müəllifi olduğu Neronun bioqrafiyasının XVI fəslində yazmışdır ki, "yeni və şeytani xurafata inananların sinfi olan xristianlara cəza verilmişdir". Buna baxmayaraq, o, cəzanın səbəbini göstərməmişdir.
Külək üstü boğazı
Külək üstü (boğazı) — Karib dənizi ilə Atlantik okeanı birləşdirir. Kuba adasını Haiti adasından ayırır. Yamayka boğazının cənub-qərb davamını təşkil edir. Eni 77 km, maksimal dərinliyi 1700 m təşkil edir. Avropadan ABŞ-nin qərbinə (Panama kanalı) gedən əsas dəniz yolu üzərində yerləşir. Kubanın quantanama vilayətindən Haitinin işıqları açıq-aydın görünür.
Üstü örtülü bazar
Örtülü bazar — dükanları günbəz və tağtavanla örtülərək vahid bina şəklində əlaqələndirilən memarlıq-ticarət kompleksi. Orta əsrlərdə meydana gəlmişdir. Cənubi Azərbaycanın Ərdəbil və Təbriz şəhərlərində örtülü bazar nümunələri qalmışdır. Şərqdə örtülü bazarların ən məşhuru İstanbuldakı "Qapalı çarşı"dır.
Altmış altı
Altmış altı — say sistemində ədədlərdən biridir. Altmış beşdən sonra, altmış yeddidən əvvəl gəlir. Altmış altı ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Altı kitab
Altı kitab (ərəbcə: الكتب الستة‎, farsca: صحاح سته). Əhli Sünnə tərəfindən ən etibarlı hədis mənbələri kimi qəbul edilmiş 6 kitaba verilmiş ümumi ad. Həmin kitablar aşağıdakılardır: Səhihi Buxari (صحيح البخاري) Səhihi Müslim (صحيح مسلم) Sünəni Nəsai (النسائي سُنن) Sünəni Tirmizi (سُـنَن الترمذي) Sünəni Əbu Davud (سُنن أبو داوود) Sünəni İbn Macə (سُنن ابن ماجة) Dörd kitab: Cəfəri məzhəbinin 4 əsas hədis kitabı.
Altı ox
Altı ox (türk. Altı Ok) — Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) simvolu və bayrağı. Oxlar Türkiyənin qurucu ideologiyası olan kamalizmin təməl sütunlarını təmsil edir. Bunlar respublikaçılıq, populizm, milliyətçilik, laisizm, etatizm və reformizmdir. Oxların Türkiyə təhsil sisteminə mühüm töhfələr vermiş türk alimi İsmayıl Haqqı Tonquç tərəfindən hazırlandığı güman edilir. Altı ox prinsipləri 5 fevral 1937-ci ildə Türkiyə Konstitusiyasına əlavə edilmişdir. 1938-ci ilin avqust ayından etibarən bayraq bütün rəsmi binalarda qaldırılmışdır.
Altı region
Vilâyatı Sitte (ولاية ستة; mənası: Altı region), 13 iyul 1878-ci ildə imzalanmış Berlin müqaviləsinə görə Osmanlı imperatorluğunun Ərzurum, Van, Mamurətül-əziz, Diyarbəkir, Sivas, Bitlis adlı əsas əhalisi ermənilərdən təşkil edilmiş olan altı regionunun adı. 30 oktyabr 1918-ci il tarixli Mudros sülh müqaviləsinin 24-cü maddəsində “Altı erməni vilayəti” adlandırılmışdır.
Altı siqma
Altı siqma (6σ) proseslərin optimallaşdırılması və stabilləşdirilməsi yolları ilə, onun xətasız axarına imkan verən üsuldur. Əsas məqsədi keyfiyyətin artırılması və eyni zamanda maya dəyərinin aşağı salınmasıdır. Altı siqma anlayışı riyazi statistikadan məlumdur. Siqma-σ ilə dəyişən parametr kimi statistik toplumun orta kvadratik meyillənməsi işarə olunur. Mənası ona gətirilir ki, prosesin riyazi gözləməsi və müsaidə sahəsinin sərhədləri arasındakı məsafə altı siqmaya bərabər olduqda istehsal prosesi zaysız işləyir. Bu iddia istehsal proseslərinin araşdırlması zamanı əldə olunmuş biliklərə əsaslanır. Altı siqma Yaponiyada istehsal proseslərinin öyrənilməsində yaranmışdır. İlkin olaraq bu terminlə istehsal olunan məmulların böyük hisəssinin qoyulmuş tələbləri ödəməsi halı təsvir olunurdu. Keyfiyyət göstəriciləri uzun müddət altı siqma daxilində yerləşən proseslərdə məmulun zaylığının bir milyona düşən sayı 3,4-ü keçmir. Burada riyazi gözləmənin uzunluğu mərkəzdən hər iki tərəfə 4,5 civarıda yerləşir.
Doxsan altı
Doxsan altı — say sistemində ədədlərdən biridir. Doxsan beşdən sonra, doxsan yeddidən əvvəl gəlir. Doxsan altı ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Kök altı
Kökaltı — kvadratı a-ya bərabər olan ədədə a ədədinin kvadrat kökü deyilir və {\displaystyle {\sqrt {{~^{~}}^{~}\!\!}}} kimi işarə olunur Məsələn: 25 = 5 {\displaystyle {\sqrt {25}}=5} a ədədinin n-ci dərəcədən kökü n kimi işarə olunur. n-ci dərəcədən kökün tərifinə görə (n)n=a eyniliyi doğrudur. Tərif: Mənfi olmayan ədədin n-ci dərəcədən mənfi olmayan kökünə, bu ədədin n-ci dərəcədən hesabı kökü deyilir. Kökaltı aşağıdakı xassələrə malikdir: Hasilin kökü vuruqların kökləri hasilinə bərabərdir, a olarsa onda Qismətin kökü bölünənlə bölənin kökləri qismətinə bərabərdir, yəni a olarsa onda Kökün natural üstlü qüvvəti, kökaltı ifadənin həmin üstlü qüvvətinin kökünə bərabərdir, yəni a n, m N olarsa (n) m =n Kökün dərəcəsinin hər hansı natural ədədə vurub kökaltı ifadəni həmin dərəcədən qüvvətə yüksəltsək kökün qiyməti dəyişmir, yəni a olarsa n = nm 0 n = 0 ; n ∈ N ≥ 2. {\displaystyle {\sqrt[{n}]{0}}=0;n\in \mathbb {N} \geq 2.} a b n = a n b n , a , b ≥ 0 ; {\displaystyle {\sqrt[{n}]{ab}}={\sqrt[{n}]{a}}{\sqrt[{n}]{b}},\qquad a,\ b\geq 0;} a n n = a , a ⩾ 0 {\displaystyle {\sqrt[{n}]{a^{n}}}=a,a\geqslant 0} ∀ a ⩾ 0 , b > 0 1 b n = 3 n b n {\displaystyle \forall a\geqslant 0,b>0\qquad {\sqrt[{n}]{\frac {1}{b}}}={\frac {\sqrt[{n}]{3}}{\sqrt[{n}]{b}}}} a m n = ( a n ) m = ( a 1 / n ) m = a m / n .
On altı
On altı — say sistemində ədədlərdən biridir. on beşdən sonra, on yeddidən əvvəl gəlir. On altı ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Otuz altı
Otuz altı — say sistemində ədədlərdən biridir. Otuz beşdən sonra, otuz yeddidən əvvəl gəlir. Otuz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Qırx altı
Qırx altı — say sistemində ədədlərdən biridir. Qırx beşdən sonra, qırx yeddidən əvvəl gəlir. Qırx altı ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Səksən altı
Səksən altı — say sistemində ədədlərdən biridir. Səksən beşdən sonra, səksən yeddidən əvvəl gəlir. Səksən altı ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Səma Altı
"Səma Altı" (çin. 天下; Tyənsya) — Çin dilində milli və mədəniyyət konsepti. Bu konseptin Şan sülaləsi zamanı yaranması ehtimal edilir. Odlar Yurdu Mizoguchi Yuzo, et al. Chūgoku Shisō Bunka Jiten 中國思想文化事典, Tokyo University Press, 2001. Hayashiya Tatsusaburō, Nihon no Rekishi 12 - Tenka Ittō 日本の歴史 12 - 天下一統, Chūō Kōron Publishing, 1966. Tamagake Hiroyuki, Nihon Chūsei Shisōshi Kenkyū 日本中世思想史研究, Perikan Publishers. 1998. Mizubayashi Takeshi, et al. Taikei Nihon-shi 2 - Hōshakai-shi 体系日本史 2 - 法社会史, Yamakawa Publishing.
Səs altı
Subsonik və ya Səs altı, Aerodinamikada səs sürətindən aşağı sürətləri ifadə etmək üçün istifadə olunan termindir (təxminən Mach 0 - 0.8). Həm də yavaş uçan təyyarələrə subsonik təyyarələr deyilir. Republic F-84 Thunderjet buna nümunədir.
Yetmiş altı
Yetmiş altı — say sistemində ədədlərdən biridir. Yetmiş beşdən sonra, yetmiş yeddidən əvvəl gəlir. Yetmiş altı ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
İyirmi altı
İyirmi altı — say sistemində saylardan biridir. İyirmi beşdən sonra, İyirmi yeddidən əvvəl gəlir. İyirmi altı ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Əlli altı
Əlli altı — say sistemində ədədlərdən biridir. Əlli beşdən sonra, əlli yeddidən əvvəl gəlir. Əlli altı ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 7, 8, 16, 28 və 56 ədədlərinə qalıqsız bölünür.
Otuz altı stratagem
Otuz altı stratagema (çin. ənən. 三十六計, çin. sadə. 三十六计, pinyin: sān-shí-liù jì) — Qədim Çinə aid hərbi traktat. Stratagema (yun. στρατήγημα — hərbi hiylə, kələk ) — hərbi, mülki, siyasi, iqtisadi və şəxsi məqsədlərə çatmaq üçün orijinal yolun hiyləgər planı. Qədim Yunan dövrünə aid olsa da, Avropada geniş istifadəsi Qədim Roma yazıçısı Sekst Yuliya Frontinaya məxsus lat. “Strategemata” kitabından sonra olmuşdur. Hal-hazırda stratagema 36 qədim Çin hərbi kələyi ilə də xarakterizə olunur.
Otuz altı stratagema
Otuz altı stratagema (çin. ənən. 三十六計, çin. sadə. 三十六计, pinyin: sān-shí-liù jì) — Qədim Çinə aid hərbi traktat. Stratagema (yun. στρατήγημα — hərbi hiylə, kələk ) — hərbi, mülki, siyasi, iqtisadi və şəxsi məqsədlərə çatmaq üçün orijinal yolun hiyləgər planı. Qədim Yunan dövrünə aid olsa da, Avropada geniş istifadəsi Qədim Roma yazıçısı Sekst Yuliya Frontinaya məxsus lat. “Strategemata” kitabından sonra olmuşdur. Hal-hazırda stratagema 36 qədim Çin hərbi kələyi ilə də xarakterizə olunur.

Digər lüğətlərdə